Bakıda şəhid ailəsi dələduzluğa məruz qalıb: 12 min manatlarını görün nə adla alıblar

 Bakıda şəhid ailəsi dələduzluğa məruz qalıb: 12 min manatlarını görün nə adla alıblar

Bakıda işə düzəltmək adı ilə şəhid ailəsinə qarşı dələduzluq edilib.

Asayis.Az xəbər verir ki, bu barədə BAKU.WS-ə şəhid Vəliyev Murad Süleyman oğlunun qardaşı Kamran Vəliyev məlumat verib.

O bildirib ki, Yusubov Yusif Əbdürəhim oğlu özünü hüquq mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək 12 min manatını mənimsəyib. Şəhidin qardaşı olan Kamran Vəliyevi avqust ayında işə düzəltmək adı ilə pulunu ələ keçirən şəxs bir neçə ay keçəsinə baxmayaraq, nə verdiyi sözə əməl edib, nə də aldığı pulu geri qaytarıb.

Şikayətçi Yasamal rayonu 27-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək dələduzluğa məruz qaldığını bildirib.

18:08 - 19 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin