Ötən il Bakıda baş verən yol qəzalarında 188 nəfər ölüb

 Ötən il Bakıda baş verən yol qəzalarında 188 nəfər ölüb

Ötən il Bakıda baş verən yol qəzalarında 188 nəfər ölüb.

Asayis.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi məlumat yayıb.

Bildirilib ki, 2022-ci il ərzində ölüm və xəsarət halları ilə yekunlaşmış 437 hadisədə 188 nəfər vəfat edib, 355 nəfər isə xəsarət alıb.

Məlumata görə, bu, 2021-ci illə müqayisədə 77 hadisə, 23 ölüm faktı və 58 xəsarət halı azdır.

16:44 - 19 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin