"Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır" - Azərbaycan MN

"Yanvarın 19-u səhər saatlarında guya ordumuzun bölmələri tərəfindən atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır".

Bu barədə Asayis.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - deyə məlumatda deyilir.

16:33 - 19 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin