Şahin Bağırov idarə rəisini işdən çıxartdı

 Şahin Bağırov idarə rəisini işdən çıxartdı

Dövlət Gömrük Komitəsinin daha bir vəzifəli şəxsi işdən çıxarılıb.

Asayis.Az unikal-a istinadən xəbər verir ki, bununla bağlı DGK sədrinin birinci müavini, sədr vəzifəsini icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, komitənin Avtomobil Nəqliyyatı idarəsinin rəisi, gömrük xidməti polkovniki Simurq Cəfərov vəzifəsindən azad edilib.

Hələlik onun yerinə təyinat yoxdur.

13:29 - 19 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin