15 yaşlı yeniyetmə bıçaqlandı: saxlanılan var

 15 yaşlı yeniyetmə bıçaqlandı: saxlanılan var

Gəncədə 15 yaşlı yeniyetmə kəsici alətdən xəsarət alıb.

Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

2011-ci il təvəllüdlü A. Məmmədov kəsici alətdən aldığı xəsarətdən sonra xəstəxanalardan birinə yerləşdirilib.

Polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində A.Məmmədova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 21 yaşlı Əfqan Yusubov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

10:32 - 28 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin