İlham Əliyevdən Əli Əsədovla bağlı sərəncam

 İlham Əliyevdən Əli Əsədovla bağlı sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Baş nazir Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib.

Asayis.az xəbər verir ki, dövlət başçısının imzaladığı Sərəncamda deyilir:

"Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xüsusi xidmətlərinə görə Əli Hidayət oğlu Əsədov "Şərəf" ordeni ilə təltif edilsin".

Qeyd edək ki, Baş nazir Əli Əsədovun noyabrın 30-da 70 yaşı tamam olur.

12:04 - 28 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin