Dağıstanda azərbaycanlı faciəvi şəkildə öldü - Foto

 Dağıstanda azərbaycanlı faciəvi şəkildə öldü - Foto

Rusiyanın Dağıstan Respublikasında tikinti işləri zamanı azərbaycanlı fəhlə ölüb.

Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Dağıstanda inşa edilən çoxmərtəbəli yaşayış binasında baş verib.

Biləsuvar rayonundan olan, 1988-ci il təvəllüdlü Elnur Gülağa oğlu Abışov işlədiyi binada hündürlükdən yıxılıb. Aldığı xəsarətlər nəticəsində o, hadisə yerində ölüb.

Hadisənin başvermə şəraiti araşdırılır.

10:22 - 23 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin