Maşını işə salmazdan öncə bu hissələri yoxlayın - Xəbərdarlıq

 Maşını işə salmazdan öncə bu hissələri yoxlayın - Xəbərdarlıq

Havaların soyuması ilə küçə heyvanları isinmək üçün avtomobillərin mühərrik hissəsinə, təkər boşluqlarına və digər qapalı yerlərinə sığına bilərlər.

Asayis.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) sürücülərə müraciət edib.

Nazirlik avtomobili hərəkətə gətirməzdən əvvəl mühərrik hissəsinin, təkərlərin ətrafının və avtomobilin alt hissəsinin diqqətlə yoxlanılmasının vacibliyini vurğulayıb.

DİN-dən bildirilib ki, sadə bir diqqət və ehtiyat tədbiri küçə heyvanlarını təhlükədən qoruya, onların həyatını xilas edə bilər.

20:30 - 16 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin