Urmiya gölü ilə bağlı sevindirici xəbər...

 Urmiya gölü ilə bağlı sevindirici xəbər...

Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub.

Asayis.az İSNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib.

"Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,60 metrə yüksəlib", - məlumatda bildirilib.

Qeyd edək ki, Yaxın Şərqin ən böyük duzlu göllərindən biri olan Urmiya son onilliklərdə ciddi su itkisinə məruz qalıb və quruma təhlükəsi ilə üzləşib.

00:38 - 14 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin