İrandan 34 kq narkotik keçirilməsinin qarşısı alındı

 İrandan 34 kq narkotik keçirilməsinin qarşısı alındı

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Asayis.az-a verilən məlumata görə Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 34 kiloqram 42 qram olan narkotik vasitə və 2 (iki) ədəd qatlanan tipli bıçaq aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

13:34 - 11 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin