Qubada 2 qardaş qəzaya düşdü, biri öldü

 Qubada 2 qardaş qəzaya düşdü, biri öldü

Qubada ölümlə nəticələnən qəzanın təfərrüatları məlum olub.

Asayis.az lent.az-a istinadla xəbər verir ki, hadisə Quba-Tüləkəran avtomobil yolunun Gültəpə kəndi ərazisinin keçən hissəsində qeydə alınıb.

31 yaşlı Nurəli Vidadi oğlu Əlirzayevin idarə etdiyi VAZ-21214 (Lada Niva) markalı avtomobillə idarəetməni itirib yol kənarında olan ağaca dəyib.

Nəticədə sərnişin, 23 yaşlı Fəqan Habil oğlu Ədilov xəstəxanaya aparılarkən yolda öüb. Sürücü və mərhumun qardaşı, 21 yaşlı Nuray Ədilov isə xəsarətlər alıblar.

Faktla bağlı cinayət işi başlanıb.

10:24 - 11 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin