Bakıda güclü külək əsir

 Bakıda güclü külək əsir

Noyabrın 5-i saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur.

Bu barədə Asayis.az-a Milli Hidrometeorologiya Xidmətidən məlumat verilib.

Məlumata görə, bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Mingəçevirdə 18 m/s-dək güclənir.

Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Şəmkir, Quba, Qusar, Xaçmaz, Quba, Şabran və Qobustanda isə arabir yağış yağır.

17:22 - 5 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin