Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin barəsində olan məhkəmə qərarından verilən kasasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Asayis.az xəbər verir ki, Ali Məhkəmədə hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən şikayət qismən təmin edilib, onun cəzası 2 il 6 aydan 2 ilə endirilib.
Tovuz Rayon Məhkəməsinin hökmünə əsasən, Vidadi Vəliyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Vəliyevin Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.
