Bu avtobuslar yenilənir: Gediş haqqı 50 qəpik...

 Bu avtobuslar yenilənir: Gediş haqqı 50 qəpik...

Noyabrın 1-dən metronun “Memar Əcəmi” stansiyası ilə Hökməli qəsəbəsini əlaqələndirən 156 və 156A nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar yenilənəcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Asayis.az-a bildirilib ki, 156 nömrəli marşrut üzrə 10 ədəd “İsuzu Citibus”, 156A nömrəli marşrut üzrə isə 4 ədəd “İsuzu HC45” markalı müasir və komfortlu avtobus sərnişindaşıma xidmətinə cəlb olunacaq.

Hər iki marşrut üzrə ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gediş haqqı 50 qəpik müəyyən edilib.

12:16 - 29 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin