Masallıda ağır qəza: ölən var

 Masallıda ağır qəza: ölən var

Masallıda minik avtomobili yük maşınına çırpılıb.

Asayis.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Musaküçə kəndi ərazisində qeydə baş verib.

Belə ki, Sakit İsmayılovun idarə etdiyi "Subaru" markalı nəqliyyat vasitəsi Məzahir Əkbərovun idarə etdiyi "Zil" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində "Subaru"nun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Nəqliyyat vasitəsində sərnişin qismində olan 1966-cı il təvəllüdlü Taleh Həsənov isə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

11:06 - 29 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin