Elnarə Baxış bu işindən ayrıldı

 Elnarə Baxış bu işindən ayrıldı

Jurnalist Elnarə Baxış Milli Kibertəhlükəsizlik Agentliyinin Elektron Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən ayrılıb.

Asayis.az xəbər verir ki. bu barədə o sosial şəbəkə hesabında paylaşım edib.

"Bu günlərdə Milli Kibertəhlükəsizlik Agentliyində fəaliyyətimin bir ilini geridə qoydum və növbəti aydan etibarən buradakı "vaxtımı dayandırmaq" qərarına gəldim", - deyə o qeyud edib.

Qeyd edək ki, Elnarə Baxış bundan öncə TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsində çalışıb. Daha sonra isə o, Elektron Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdu.

15:36 - 26 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin