Gəncədə qadın əri tərəfindən bıçaqlandı

 Gəncədə qadın əri tərəfindən bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Asayis.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 1966-cı il təvəllüdlü X.Məmmədli bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, X.Məmmədlini həyat yoldaşı 1965-ci il təvəllüdlü A.Məmmədov aralarında baş verən mübahisə zamanı bıçaqlayıb.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən A.Məmmədovun saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

14:14 - 24 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin