Soyuducu anbarda hadisə: qadının biri öldü, digəri xəsarət aldı

 Soyuducu anbarda hadisə: qadının biri öldü, digəri xəsarət aldı

Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunda soyuducu anbarda bədbəxt hadisə nəticəsində baş verib.

Asayis.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun İbadulla kəndində qeydə alınıb.

Məlumata görə, kənddəki soyuducu anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altında qalıb.

Hadisə nəticəsində 1963-cü il təvəllüdlü Rüqayyə Nurəli qızı Məmmədova ölüb, Səidə Əsgər qızı Zamanova (1976) isə xəsarət alıb.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şərur rayon prokrorluğunda araşdırma aparılır.

17:42 - 23 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin