Əli Kərimlinin məhkəmə iclasının vaxtı açıqlandı

 Əli Kərimlinin məhkəmə iclasının vaxtı açıqlandı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin cinayət işi hakim icraatına verilib.

Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 3-nə təyin olunub.

17:18 - 23 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin