Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video

 Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video

İŞİD zorakılığından danışan azərbaycanlı qadın uşaqlarını Bakıya gətirmək istəyir.

Asayis.az xəbər verir ki, şərti adı Səbinə olan qadın yaşadıqlarını bölüşüb.

Gəncədə doğulan, dörd yaşından Rusiyada yaşayan qadın həyat hekayəsini "Barometr" TV-yə rus dilində danışıb. Onun sözlərinə görə, həyat yoldaşının ölümündən sonra yaşadığı düşərgədə cinsi zorakılığa məruz qalıb.

Müsahibədə Suriyada qadın və uşaqların üzləşdiyi zorakılıqlardan, Səbinənin yaşadığı çətinliklərdən və övladları üçün təhlükəsiz həyat qurmaq istəyindən bəhs olunur.

Onun Azərbaycan dövlətinə müraciəti üçüncü ölkədə qalan uşaqlarının Bakıya gətirilməsinə və burada təhlükəsiz şəraitdə böyüməsinə kömək göstərilməsidir.

00:34 - 23 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin