Sabah bu yolda məhdudiyyət tətbiq ediləcək

 Sabah bu yolda məhdudiyyət tətbiq ediləcək

Sabahdan Bakının Qaradağ rayonu, Sahil qəsəbəsinin Natiq Mustafayev küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Bu barədə Asayis.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, məhdudiyyət səbəbindən 149, 149E və 164 nömrəli marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

18:28 - 22 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin