Sürix–Şanxay reysi məcburi Bakıya eniş etdi

 Sürix–Şanxay reysi məcburi Bakıya eniş etdi

Bu gün “SWISS” aviaşirkətinin Sürix–Şanxay marşrutu üzrə həyata keçirdiyi SWR-188 saylı reysin hava gəmisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Asayis.az-a bildirilib ki, məcburi enişə səbəb sərnişinlərdən birinin səhhətində yaranan problem olub.

“Airbus A350-900” tipli hava gəmisi yerli vaxtla saat 19:21-də Bakı aeroportuna uğurla eniş edib. Sərnişinə hava limanında tibb heyəti tərəfindən ilkin tibbi yardım göstərilib.

Reysin davam etdirilməsi ilə bağlı qərar hava gəmisinin kapitanı tərəfindən veriləcək.

21:34 - 19 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin