Bakıda 2 maşın toqquşdu, səkidəki qadın öldü

 Bakıda 2 maşın toqquşdu, səkidəki qadın öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az xəbər verir ki, Əkbər Akif oğlu Novruzov idarə etdiyi avtomobili ilə Xətai rayonu Gəncə prospektində hərəkətdə olarkən Emil Amil oğlu İsgəndərovun idarə etdiyi minik avtomobili ilə toqquşub.

Yol-nəqliyyat hadisəsi nəticəsində Emil İsgəndərovun idarə etdiyi avtomobil yoldan çıxaraq səki ilə piyada hərəkət edən 1981-ci il təvəllüdlü Elzanə Gündüz qızı Əliyevaya çırpılıb.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

09:34 - 19 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin