Xəzərdə əməliyyat: 9 kq-lıq narkotik ələ keçirildi - Foto

 Xəzərdə əməliyyat: 9 kq-lıq narkotik ələ keçirildi - Foto

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində qaçaqmal aşkar olunub.

Bu barədə Asayis.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahidə məntəqəsinin və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin Azərbaycana mənsub hissəsində, Lənkəran reydində sahildən 20 dəniz mili məsafədə ümumi çəkisi 8 kiloqram 600 qram olan narkotik vasitə, həmçinin bir kisədə 350 metr uzunluğunda sintetik tor aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

15:20 - 19 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin