Makron seçimini edib, artıq gecdir! - Arakçı

 Makron seçimini edib, artıq gecdir! - Arakçı

Cənab Makron ABŞ Prezidenti ilə görüşündə iranlılara qarşı vəhşiliklərə müsbət yanaşdığını bəyan etməklə öz seçimini edib.

Asayis.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı özünün X səhifəsində yazıb.

“Onun kimilərin indi məsuliyyəti başqalarının üzərinə atması artıq gecdir. Fransa xalqı, o cümlədən sərbəst toplaşmaq azadlığının təmin olunmasını da əhatə edən köklü dəyişikliklər tələb edir. Cənab Prezident, Fransanın gələcəyinin səsinə qulaq asın!”, - o bildirib.

Qeyd edək ki, Fransada 500 minə yaxın insanın iştirak etdiyi kütləvi iğtişaşlar başlayıb. Şənbə günü keçirilən etiraz aksiyaları zamanı 1200-dən çox etirazçı saxlanılıb.

11:02 - 19 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin