Nazirlikdən pensiya artımları ilə bağlı - Rəsmi məlumat

 Nazirlikdən pensiya artımları ilə bağlı - Rəsmi məlumat

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pensiya ödənişlərinə 5 milyard 874 milyon manat vəsait yönəldilib.

Bu barədə Asayis.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 10 % və ya 548 milyon manat çoxdur.

Cari ilin əvvəlindən pensiyalar 9,3 % indeksləşdirilərək artırılıb. Oktyabrın 1-i tarixinə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 % artaraq 596 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 634 manata çatıb.

Nazirlikdən qeyd olunub ki, yanvar-sentyabr aylarında 28 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 206 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

20:32 - 12 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin