Hərəkətdə olar sərnişin avtobusu anidən alışıb yandı - Foto

 Hərəkətdə olar sərnişin avtobusu anidən alışıb yandı - Foto

Ucarda sərnişin avtobusu yanıb.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olar "İkarus" markalı sərnişin avtobusu anidən alışaraq yanıb. Hadisə nəticəsində Bakı istiqamətində avtomobillərin hərəkəti bir müddət məhdudlaşdırılıb.

Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb, yolda hərəkət bərpa olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Fakt araşdırılır.

17:16 - 12 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin