Radikalların uşaqlara yüklədiyi aqresiya... - Video

 Radikalların uşaqlara yüklədiyi aqresiya... - Video

Bakıda vahid geyim formasının tətbiqinə qarşı münaqişə çərçivəsində azyaşlılar radikal dini təbliğatın qurbanına çevrilirlər.

Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, Bakıdakı məktəblərin birində çəkilmiş kadrlarda şagirdlərin təhsil ocağının şüşələrini sındırması öz əksini tapıb.

Kadrlara nəzər saldıqda aydın görünür ki, məktəbin şüşələrini sındıranlar arasında dinlə bağlı müstəqil qərar verə biləcək yaşda olmayan uşaqlar ön plana çıxarılırlar. Bu isə onu göstərir ki, radikal dini təbliğat maşını azyaşlıları hədəf olaraq seçir və öz çirkin məqsədlərində onlardan fəal şəkildə istifadəyə cəhd göstərir. Uşaqlara aşılanan radikal təbliğatın nəticəsi onlarda öz yaşlarına uyğun olmayan davranışların və videodan da göründüyü kimi idarəolunmaz aqresiyanın yaranmasına gətirib çıxarır.

Məktəb şüşələrini qıranlar arasında yetkin insanların da olduğunu görürük. Onların uşaqları sakitləşdirmək əvəzinə daha da həvəsləndirməsi isə məsələnin əsl mahiyyətini ortaya qoyur. Məktəb şüşələrini qıranların, təhsil ocağına zərər vuranların əsl niyyəti heç də təhsil deyil. Uşaqlar isə bu prosesin iştirakçısı deyil, birbaşa qurbanlarıdır.

15:10 - 12 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin