Astara Terminalında 631 min tondan çox yük aşırılıb

 Astara Terminalında 631 min tondan çox yük aşırılıb

Bu ilin yanvar-sentyabr aylarında Astara Terminalında (İran ərazisində) 631 min tondan çox yük aşırılıb.

Asayis.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən təqribən 33% çoxdur.

Təkcə bu ilin sentyabr ayı üzrə müvafiq göstərici 52% artımla 93 min tondan çox olub.

Xatırladaq ki, tikinti işləri yekunlaşmaq üzrə olan Astara Terminalı tam gücü ilə işə düşdükdən sonra illik 3,5-4 milyon ton yükötürmə həcmi ilə regional yük əməliyyatlarını genişləndirəcək.

14:12 - 9 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin