Qayınata kürəkənini bıçaqladı

 Qayınata kürəkənini bıçaqladı

Daşkəsən rayonunda bıçaqlanma hadisəsi baş verib.

Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Almalı kəndində qeydə alınıb.

Kənd sakini Abil Verdiyev bıçaq xəsarəti ilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Hadisəni onun qayınatası, 1975-ci il təvəllüdlü Əli Ələsgərov tərəfindən törədildiyi bildirilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Ə.Ələsgərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

15:46 - 5 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin