Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabrın 22-də Azərbaycan üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Asayis.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb.
Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
