Tanınmış iş adamının nəvəsi qonşunu güllələdi - Təfərrüat

 Tanınmış iş adamının nəvəsi qonşunu güllələdi - Təfərrüat

Ağdaşda silahlı insident baş verib.

Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə sentyabrın 17-də rayon ərazisində əkin sahəsində baş verib. Ağdaşın tanınmış iş adamı Məhəmməd Əliyevin nəvəsi, 2012-ci il təvəllüdlü M.Əliyev çöldə atasına məxsus tir tüfəngi ilə çöl quşlarını ovlamaq istəyib. Bu vaxt tüfəngdən atəş açıb və güllə sahədə işləyən rayon sakini, 51 yaşlı qadının qarın nahiyəsinə dəyib. Qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

11:34 - 21 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin