Azərbaycanda qədim dövrlərə aid qurğular aşkarlandı

 Azərbaycanda qədim dövrlərə aid qurğular aşkarlandı

Cəlilabad rayonunun Çəmənli kəndi ərazisində yerləşən Xudutəpə yaşayış məskənində arxeoloji qazıntı işləri aparılır.

Asayis.az xəbər verir ki, Muğan tunc-ilk dəmir dövrü arxeoloji ekspedisiyasının rəhbəri, dosent Anar Ağalarzadənin Report-a verdiyi məlumata görə, Xudutəpə çoxtəbəqəli qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı gildən hazırlanmış ocaq qurğuları və onların qalıqları aşkar edilib.

Diametri 40-45 santimetr olan bu qurğuların yemək bişirilməsi məqsədilə istifadə edildiyi ehtimal olunur.

Onun sözlərinə görə, uzunmüddətli oddan istifadə nəticəsində ocaqların daxilində narın kül təbəqəsi əmələ gəlib. Bu tapıntıların son tunc – ilk dəmir dövründə istifadə edildiyi ehtimal edilir. Hazırda qazıntı işləri davam etdirilir.

20:50 - 20 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin