Xocavənddə məskunlaşan insanların sayı açıqlandı

 Xocavənddə məskunlaşan insanların sayı açıqlandı

Bu gün ilk dəfədir ki, Xocavənd Şəhəri Günü qeyd olunur. Bir il bundan əvvəl Xocavənd rayonuna, o cümlədən Xocavənd şəhərinə Böyük Qayıdış başlayıb. Bu proses hazırda da davamlı şəkildə həyata keçirilir.

Asayis.az xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, bu günə qədər Xocavənd rayonunda 4 min 500-ə yaxın insan məskunlaşıb:

"Bu, 1083 ailə deməkdir. Cəmi bir il ərzində rayonun 8 yaşayış məntəqəsinə, insanlar öz doğma, dədə-baba torpaqlarına qayıdıblar. Onlar artıq burada öz həyatlarını davam etdirir, yaşayırlar".

18:58 - 20 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin