Azərbaycanda qadın ərini bıçaqladı

 Azərbaycanda qadın ərini bıçaqladı

Sumqayıtda 67 yaşlı kişi bıçaqlanıb.

Asayis.az Report-a istinadla xəbər verir ki, hadisə Corat bağları ərazisində qeydə alınıb.

Məlumata görə, 1966-cı il təvəllüdlü Ramilə Əvdil qızı Qasımova həyat yoldaşı, 1959-cu il təvəllüdlü Nizaməddin Davud oğlu Qasımova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

Yaralı xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbləri və təfərrüatı araşdırılır.

15:50 - 19 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin