Müsadirə olunub, yarı qiymətə satışa çıxarıldı - Alan yoxdur

 Müsadirə olunub, yarı qiymətə satışa çıxarıldı - Alan yoxdur

İcra məmurlarının sifarişi əsasında hərraca çıxarılan 99 RU 777 dövlət qeydiyyat nişanlı “Rənc Rover” markalı avtomobili alan yoxdur.

Asayis.az Yeniavaz.com-a istinadla xəbər verir ki, avtomobil ilk dəfə sentyabr ayının 7-də 17 min 850 manata hərraca çıxarılsa da, satılmayıb.

4200 kub sm mühərrik həcminə sahib olan 2008-ci il istehsalı “Rənc Rover” 13 min 650 manata yenidən hərraca çıxarılıb.

Qeyd edək ki, hazırda Yol Polisinin 11 saylı cərimə meydançasında saxlanılan avtomobilin dövlət qeydiyyat nişanı (99 RU 777) daha əvvəl 6 min manata satışa çıxarılıb.

Onu da qeyd edək ki, hazırda müxtəlif elan saytları vasitəsilə satışa çıxarılan 2008-ci il istehsalı “Rənc Rover”in minimal satış qiyməti 22-23 min manat təşkil edir.

14:38 - 19 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin