Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü

 Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü

Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Asayis.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Həsənriz kəndində qeydə alınıb. Belə ki, Goranboy rayon sakini, 1998-ci il təvəllüdlü Raqif Allahyar oğlu Mütəllimov Həsənriz kəndində elektirik xətti çəkərkən cərəyanın vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

13:48 - 19 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin