Cəlilabadda suyun verilişi bərpa olundu

 Cəlilabadda suyun verilişi bərpa olundu

Cəlilabad şəhərində su borusunda baş vermiş qəza aradan qaldırılıb.

Asayis.az xəbər verir ki, həmçinin əhalinin su ilə təminatı da bərpa olunub.

Hadisə ilə bağlı Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin və Yolların Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində suyun ətrafa axmasının qarşısı alınıb və ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, ötən gün şəhərin Heydər Əliyev prospektində su nəql edən 225 mm-lik boruda qəza baş verib və boru deşilib.

19:10 - 18 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin