Bakıda avtobus həyətin girişində ilişib qaldı - Video

 Bakıda avtobus həyətin girişində ilişib qaldı - Video

Bu gün səhər Yasamal rayonunda 10 nömrəli marşrut avtobusu Müstəqillik küçəsindəki MİDA yaşayış kompleksinin həyətinin girişində sıradan çıxıb.

Asayis.az Unikal.az-a istinadla xəbər verir ki, avtobus səhər saat 07:00 radələrində nasazlandığı üçün yolun hərəkət hissəsində ilişib qalıb. Nəticədə kompleksə giriş-çıxışda çətinlik yaranıb.

Ərazidəki sakinlər avtobusun yoldan kənarlaşdırılması üçün cəhd göstərsələr də, buna nail olmayıblar. Az sonra sürücü nəqliyyat vasitəsini işə sala bilib və onu yolun kənarına çəkib.

15:42 - 18 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin