Əkin sahəsindən 22 yaşlı gəncin meyiti tapıldı

 Əkin sahəsindən 22 yaşlı gəncin meyiti tapıldı

Goranboyda gənc oğlanın meyiti tapılıb.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Bəşirli kəndinə qeydə alınıb.

Belə ki, kənd sakini 2004-cü il Ə. Abbasovun meyiti kəndin yaxınlığında əkin sahəsindən tapılıb.

Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Gənc oğlanın hansı şəraitdə ölməsi məlum deyil.

Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.

17:46 - 17 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin