Bakıda ağır qəza: ölən var

 Bakıda ağır qəza: ölən var

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Belə ki, Asəf Cəlilov idarə etdiyi "Hunday Santafe" markalı avtomobillə hərəkətdə olarkən piyada Miryaqub Sadıqovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

10:34 - 16 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin