"Mersedes" "Kia Sorento" ilə toqquşdu: 1 ölü, 1 yaralı

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Mersedes" və "Kia Sorento" markalı avtomobillər toqquşub.

Toqquşma nəticəsində "Mersedes"in sürücüsü, 1959-cu il təvəllüdlü Elbrus Xəlil oğlu Əliyev həyatını itirib.

"Kia Sorento"da sərnişin qismində əyləşən 2004-cü il təvəllüdlü Aysel Vüqar qızı Həsənli isə müxtəlif dərəcəli xəsarətlər alıb. O, tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

10:02 - 16 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin