Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi

 Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi

Bakıda 21 və 30 nömrəli marşrut avtobuslarının dayanacaq məntəqələrində dəyişiklik edilib.

Asayis.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə bəzi dayanacaq məntəqələrinin yerləri dəyişdirilib.

Belə ki, həmin marşrutların dayanacaqları "28 May" NMM-dən Səməd Vurğun bağınını qarşısına keçirilib.

21:40 - 15 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin