Damda təmir işləri aparan 74 yaşlı kişi yıxılıb öldü

 Damda təmir işləri aparan 74 yaşlı kişi yıxılıb öldü

Astara rayonunda evinin damında təmir işləri aparan 74 yaşlı kişi yıxılaraq ölüb.

Asayis.az xəbər verir ki, hadisə ötən gün rayonun Miki kəndində baş verib.

Məlumata görə, 1952-ci il təvəllüdlü Abid Şəfəqqətov yaşadığı evin damında təmir işləri aparan zaman yıxılması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

12:44 - 15 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin