2026-cı ildə müharibənin bir günü tərəfdaşlar tərəfindən təmin edilən silahlar istisna olmaqla, Ukrayna büdcəsinə 190 milyon dollara başa gəlir.
Asayis.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının büdcə komitəsinin sədri Roksolana Pidlasa deyib.
“2024-cü ildə müharibənin bir günü Ukraynaya 140 milyon dollara başa gəlirdi. Müharibə xərclərinin artmasının əsas səbəbi ordunun böyüməsidir. Digər bir amil isə daha çox miqdarda silaha — ilk növbədə, Rusiya neft emalı zavodlarını vurmağa qadir olan orta və uzaq mənzilli zərbə sistemlərinə olan ehtiyacdır”, - Pidlasa bildirib.
