Tiktoker Əhdi saxlanıldı

 Tiktoker Əhdi saxlanıldı

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov (Əhdi) və tanışı Həsən Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.

Asayis.az Lent.az-a istinadla xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Hər iki şəxs cinayət işi üzrə istintaqa cəlb olunub.

Araşdırmalar davam etdirilir.

14:50 - 13 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin