Bu İH bayraq üçün 12,6 min manat xərcləyəcək

 Bu İH bayraq üçün 12,6 min manat xərcləyəcək

Qusar Rayon İcra Hakimiyyəti başçısının Aparatının keçirdiyi dövlət bayraqlarının satın alınması ilə bağlı tenderə yekun vurulub.

Asayis.az xəbər verir ki, tenderin yekun qiyməti 12 620 manat təşkil edib.

Tender çərçivəsində qurum yeddi ədəd 10x20 metr, 5 ədəd 1.5x3 metr ölçülərində dövlət bayraqları alır.

22:02 - 11 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin