Zakir Fərəcov Coratda səkinlərlə görüşdü

 Zakir Fərəcov Coratda səkinlərlə görüşdü

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər sakinlərinin müraciətlərinin bilavasitə yerində dinlənilməsi, onları narahat edən məsələlərin araşdırılması və həlli ilə bağlı tədbirlərin müəyyənləşdirilməsi məqsədilə növbəti səyyar qəbul keçirib.

Asayis.az xəbər verir ki, Corat qəsəbəsində təşkil olunan görüşdə Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları ilə yanaşı, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbər və nümayəndələri iştirak ediblər.

Görüş zamanı sakinlər yaşadıqları ərazidə sosial-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq məsələləri, abadlıq və quruculuq işlərinin aparılması, yol və digər infrastruktur məsələləri, eləcə də müxtəlif xarakterli fərdi müraciət və təkliflərlə bağlı fikirlərini bildiriblər.

Zakir Fərəcov sakinlərin müraciətlərini ayrı-ayrılıqda dinləyib, qaldırılan məsələlərin mahiyyəti ilə maraqlanıb və onların həlli imkanlarının yerindəcə müəyyənləşdirilməsi ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verib.

Müraciətlər üzrə müvafiq qurumların üzərinə konkret vəzifələr qoyulub. Operativ müdaxilə tələb edən məsələlərin qısa müddətdə həll edilməsi, araşdırılması və əlavə tədbirlərin görülməsi zəruri olan müraciətlərin isə nəzarətdə saxlanılması tapşırılıb.

Səyyar qəbulların keçirilməsinin əsas məqsədlərindən birinin vətəndaşlarla birbaşa ünsiyyətin təmin edilməsi, onların gündəlik qarşılaşdıqları məsələlərin yerində öyrənilməsi və aidiyyəti qurumların fəaliyyətinin sakinlərin müraciətlərinə uyğun şəkildə əlaqələndirilməsi olduğu bildirilib.

Qeyd edilib ki, Sumqayıt şəhərində əhali ilə mütəmadi görüşlərin keçirilməsi, vətəndaş müraciətlərinə operativ və diqqətlə baxılması, qaldırılan problemlərin həlli istiqamətində zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.

16:04 - 11 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin