Beş nəfəri artıq dəfn etmişik. Bu, sözün bitdiyi yerdir, nə deyəcəyimizi bilmirik. Həqiqətən də, sözün qurtardığı yerdir. Belə bir faciədir.
Asayis.az xəbər verir ki, Zərdabda baş vermiş faciə nəticəsində həlak olanların yaxınları Baku TV-yə danışıblar.
Onlar bildiriblər ki, həyatını itirən Qalib Məhəmmədovun qızının uzun müddət övladı olmayıb:
"Təxminən 15 il övlad sahibi ola bilməyiblər. İllər sonra bir qız övladı dünyaya gəldi.
Ailə üzvlərinin bildirdiyinə görə, uşağın artıq 6 yaşı var və məktəbə getməyə hazırlaşırdı. Qohum-qonşuların iştirakı ilə kiçik bir məclis keçirmək istəyiblər. Qohumlarla birlikdə restoranda yığışıblar.
Hamı dağılışdıqdan sonra müəllim oğlu ilə birlikdə avtomobildə qalıb. Belə qərara gəliblər ki, hamı öz avtomobili ilə getsin və onlar da bir avtomobillə yola düşüblər. Nəticədə belə bir faciəli hadisə baş verib".
