Bakının Yasamal və Qaradağ rayonlarının bəzi ərazilərində sentyabrın 10-da qaz təchizatı dayandırılacaq.
Asayis.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Qeyd olunub ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun M.İbrahimov, L.Tolstoy, B.Səfəroğlu, D.Əliyeva, H.Aslanov, Ə. Quliyev, İ.Səfərli, T.Xəlilbəyli küçələrinin və Qaradağ rayonunun Qobustan qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
